29 Yanvar 19:03
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hər il dünyada yanvarın 27-dı Holokost qurbanlarının xatirəsi anılır. Azərbaycan antisemitizmin və islamofobiyanın qarşının alınması istiqamətində inadla mübarizə aparır. Azərbaycan nadir ölkələrdən biridir ki, burada antisemitizmdən söhbət gedə bilməz. Multikulturalizmin hakim olduğu bu ölkə dünyanın digər dövlətləri üçün gözəl bir nümunədir. Yəhudilər Azərbaycanda öz milli geyimlərində sərbəst gəzmək imkanına malikdirlər. Halbuki bir çox Avropa ölkəsi Holokost faciəsini rəsmi qaydada qeyd etməkdən çəkinir. Azərbaycan nadir ölkələrdəndir ki, hər zaman İsrailə xoş münasibət göstərir, Holokost faciəsini hər il qeyd edir"

Teleqraf.com xəbər verir ki, bunu İsrailin ölkəmizdəki səfiri Corc Dik bildirib.

Onun sözlərinə görə, dünyada hələ də yəhudi xalqına qarşı kin və nifrət hissləri bəslənilir: "Bunu Fransa və digər ölkələrdə baş verən hadisələr də təsdiqləyir. Yəhudilərin yaşadıqları evlərin işarələnməsi heç bir məntiqə sığmır. Sanki keçmişə qayıdırıq".

Son vaxtlar bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı təzyiqlərinə münasibət bildirən səfir qeyd edib ki, baş verənləri yaxından izləyir: "Beynəlxalq təşkilatların, bəzi ölkələrin Azərbaycana təzyiqinin şahidi oluruq. Biz bunu qəti şəkildə qınayır və pisləyirik. Məsələ burasındadır ki, İsrail də mütəmadi olaraq təzyiqlərə məruz qalır. Çox təəssüf ki, iki ölkə olaraq eyni taleyi yaşayırıq. Ümid edirik ki, təzyiqlərdən müdafiə olunmağın mexanizmlərini, yollarını müəyyənləşdirib birgə irəli addımlaya biləcəyik"

-Cənab səfir Yaxın Şərqdə baş verən münaqişənin həlli imkanlarına da toxunub: "İsrail hökuməti Fələstin xalqı ilə deyil, HƏMAS terror təşkilatı ilə müharibə aparır və xatırladım ki, ilk hücumu onlar başlayıblar. Onlar xəbərdarlıq etmədən İsrailin dövlət sərhədini pozublar, qadınlara təcavüz edilib, uşaqlar öldürülüb. Biz sivil ölkənin vətəndaşlar kimi təbii ki, müharibənin dayandırılmasını, sülh olmasını istəyirik. Amma bunun üçün vətəndaşlarımızın təhlükəsizlik şəraitində yaşamalarına təminat olmalıdır. Hər bir İsrail vətəndaşı - kişisi, qadını, uşağı evində rahat otura bilənədək mübarizəmizi davam etdirəcəyik. Sivil insanlar bəşəriyyət qarşı olan hərəkətlərin, müharibələrin, qətliamların əleyhinədir. Amma nə edəsən ki, bunu istəyən, çaxnaşma yaratmaqdan həzz alan qüvvələr var".


Müəllif: Mənbə/Azərtac

Oxşar xəbərlər