1 Fevral 23:28
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyi növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycan vətəndaşlarına müraciət ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki diplomatik missiyasının sosial şəbəkədəki paylaşımında qeyd olunub.

“7 fevral növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Səfirliyimizdə seçki məntəqəsi yaradılmışdır. ABŞ-də daimi və ya müvəqqəti yaşayan, o cümlədən seçki günü bu ölkədə olacaq 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik vətəndaşlarımız 7 fevral 2024-cü il saat 8:00AM-7:00PM (EST) arası etibarlı Azərbaycan Respublikası ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə Səfirlikdə yaradılmış məntəqədə öz səsvermə hüquqlarından istifadə edə bilərlər”, – paylaşımda diqqətə çatdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər