Azərbaycan Dillər Universitetində "Kəşmirlə Həmrəylik Günü"nə həsr olunmuş tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, Pakistanın Azərbaycandakı səfiri Bilal Haye tarixi və hüquqi aspektlərlə bağlı çıxış edib.
"Hindistanın işğalçı qüvvələri tərəfindən onilliklər ərzində hədsiz əzablara və insan hüquqlarının pozulmasına məruz qalmış kəşmirlilərin vəziyyətinə beynəlxalq diqqət vacibdir. Hindistanın 5 avqust 2019-cu il tarixli birtərəfli qərarından sonra İƏT və digər beynəlxalq forumlarda məsələ ilə bağlı fəal dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edirik. Pakistanın Kəşmir xalqının öz müqəddəratını təyinetmə hüququna sarsılmaz dəstəyini təkrarlayaraq, beynəlxalq ictimaiyyəti Kəşmir xalqının arzularına və BMT qətnamələrinə uyğun olaraq Kəşmir mübahisəsinin həllində fəal rol oynamağa çağırırıq", - diplomat qeyd edib.
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla qeyd edib ki, Azərbaycan Pakistanın və Kəşmir xalqının hüquqlarını fəal şəkildə dəstəkləyir: "Bu problemin sülh yolu ilə həllini arzu edirik".
Tədbir çərçivəsində Hindistanın qeyri-qanuni işğalı altında olan Cammu və Kəşmirdə Kəşmir xalqının ağır vəziyyətini əks etdirən fotosərgi də təşkil olunub.