5 Fevral 17:40
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan günahsız mülki insanların həlak olmasına görə məsuliyyət daşıyır.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Ermənistanın döşədiyi minaların qurbanlarının sayı 344-ə çatıb.

"Son iki gündə mina partlaması nəticəsində daha bir mülki şəxs yaralanıb. 2020-ci ilin sonundan bəri mina partlaması nəticəsində 65 nəfər həlak olub", - nazirlikdən bildirilib.

Qeyd edək ki, son 2 gündə - fevralın 4-də və 5-də Tərtərdə iki mülki şəxs minaya düşüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər