8 Fevral 07:07
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçki çox yüksək səviyyədə keçirilib. Azərbaycan xalqı öz konstitusyon hüquqlarını yerinə yetirərək 7 nəfər prezidentliyə namizəd arasından öz namizədini seçib.

Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında deyib.

"Nəticələrə əsasən deyə bilərik ki, artıq İlham Əliyev Azərbaycan xalqı tərəfindən öz prezidenti kimi seçilib. Azərbaycan xalqı öz Prezidentini seçmək üçün səs verdi və ilkin nəticələrə əsasən, böyük səs çoxluğu ilə İlham Əliyevin lider olması şübhə doğurmur. Bundan sonrakı açılacaq bülletenlər nəticələrə təsir etməyəcək.

Sabahdan biz Dairə Seçki Komissiyalarından protokolları qəbul edəcəyik və bu protokollar üzrə qalib namizədin səslərini müəyyən edəcəyik. Fevralın 9-da artıq lider olan namizədi və digər səsləri ictimaiyyətə təqdim edəcəyik”, - deyə qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər