Bakı ilə müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubundan bildirib.
“Əminəm ki, bütün sahələrdə səmərəli ikitərəfli əməkdaşlığın, beynəlxalq gündəliyin aktual məsələlərinin həllində tərəfdaşlıq qarşılıqlı əlaqələrinin genişləndirilməsi üzrə fəal birgə işi davam etdirəcəyik. Şübhəsiz ki, bu iş dost xalqlarımızın maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin, təhlükəsizliyin gücləndirilməsi istiqamətində gedir” – Rusiya Prezidenti qeyd edib.