2020-ci ildən İranın Bakıdakı səfiri vəzifəsində çalışan Seyid Abbas Musəvi Azərbaycan Respublikasının Tehrandakı səfirliyi öz fəaliyyətini bərpa edənədək öz fəaliyyətini davam etdirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İrandakı diplomatik mənbədən bildirilib.
"Cənab səfirin missiyası ötən il yayın sonunda başa çatmışdı ancaq ondan tələb olunmuşdur ki münasibətlər normallaşana qədər və Azərbaycan Respublikasının Tehrandakı səfirliyi öz fəaliyyətini bərpa edənədək öz fəaliyyətini davam etdirsin", - deyə məlumatda bildirilib.