1 Aprel 23:26
9 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə keçirilən bələdiyyə seçkilərində ikinci dəfə qalib gələn İstanbul böyükşəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu dünya mediasının diqqət mərkəzindədir.

Teleqraf.com xəbər verir ki, bir çox nəşr İmamoğlunun 2028-ci ildə keçiriləcək prezident seçkilərində müxalifətin vahid namizədi olacağını yazır.

Britaniyanın “Reuters” agentliyinin təhlilində İmamoğlu “Prezident Ərdoğanın ən böyük rəqibi” adlandırılır.

Bələdiyyə sədrinin keçmişinə diqqət çəkən mənbə onun bəzi məsələlərdə Ərdoğanın izi ilə getdiyini bildirir.

Agentlik İmamoğlunun da Ərdoğan kimi Qara dəniz bölgəsindən olduğunu, gəncliyində futbolla maraqlandığını, İstanbul bələdiyyə sədri kimi siyasətdə yüksəldiyini vurğulayır.

“Bazar günü keçirilən seçkilərdə böyük qələbə qazandıqdan sonra, indi bir çox analitiklər onu gələcək prezident kimi qiymətləndirirlər”, - məqalədə deyilir.

Bənzərliklərinə baxmayaraq, siyasi baxımdan bir-birlərinə zidd fikirlərə malik olduğunu da qeyd edən “Reuters” İmamoğlunun 2019-cu ildə İstanbulda AKP hökumətinə ilk məğlubiyyətini yaşatdığını xatırladır.

İmamoğlunun ikinci qələbəsi ilə yenidən hökuməti məğlub etdiyi bildirilən təhlildə 2019-cu ildən fərqli olaraq son seçkidə İmamoğlunun müxalifət ittifaqı tərəfindən dəstəklənmədiyinə diqqət çəkilir.

Bir çox analitiklərin İmamoğlunun gələcəkdə daha böyük uğur qazanacağını gözlədiyini ifadə edən “Reuters” onunla Ərdoğan arasındakı rəqabətin qarşıdakı illərdə daha da güclənəcəyini proqnozlaşdırır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər