5 Aprel 12:14
9 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Brüsseldə keçiriləcək görüşlə bağlı aparıcı qüvvələrin rəhbərləri bəyan edirlər ki, Ermənistanın iqtisadi inkişafı ilə bağlı müzakirələr aparılacaq.

Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, bu, böyük sual yaradan bəyanatlardır:

“Bu sovet məkanında iqtisadi inkişafa ehtiyacı olan o qədər dövlətlər var ki, bunlar niyə Ermənistanla məşğuldurlar?! Onlar bilirlər ki, Ermənistan separatçılıqla məşğul olan dövlətdir. Əgər istəyirlərsə regionda sülh yaransın, o zaman birlikdə müzakirələr keçirilməlidir ki, çıxış yollarını axtarıb tapaq. Söhbət Ermənistandan getməsəydi, biganə yanaşa bilərdik. Gözəl bilirik ki, Ermənistanın başını sığallayan həmin qüvvələr onları Rusiyadan qoparmaq fikrindədirlər. Gərginlik baş verərsə, bu, nə Ermənistan, nə də Azərbaycana xeyir gətirəcək”.

Fikrət Sadıqov bildirib ki, Ermənistan bütün sahələrdə Rusiyadan asılı olan ölkədir:

“Rusiyanın vasitələri kifayət qədər genişdir. İlkin mərhələdə enerji və qaz təminatını kəsə bilər. Ermənistan buna biganə yanaşsa, Rusiya hər bir vasitəyə əl atacaq. Texniki əməkdaşlığın tam qırılmasını düşünmürəm. Hər halda Rusiyanın orada olan 5-ci kolonunu canlandırmaq və müəyyən təxribatlar törətməsini əlavə addım kimi qəbul etmək olar. Belə görüşün keçirilməsi, Ermənistanın Qərbə üz tutması Rusiyanı çox qıcıqlandırır”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər