Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığından sonra açıqlama verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa rəsmisi X sosial şəbəkəsində yazıb.
“Prezident Əliyevlə söhbət zamanı sabit və firavan Cənubi Qafqaz üçün Avropa Birliyi-Azərbaycan münasibətlərinin əhəmiyyətini müzakirə etdik. Minaların təmizlənməsinə dəstək üçün addımlar atmağa hazırıq. Həmçinin Bakıda COP-29-un necə uğurla keçiriləcəyini müzakirə etdik”, - Leyen bildirib.
Telefon danışığı dünən Avropa Kimissiyası rəhbərinin təşəbbüsü ilə baş tutub.