5 Aprel 22:23
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ermənistanı Azərbaycanla yekun razılığa gəlməyə çağırır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen Brüsseldə ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşünün nəticələri barədə danışarkən deyib.

“Görüş Ermənistanda aparılan islahatlara həsr olunub. Lakin biz, əlbəttə ki, İrəvanı sülh yoluna davam etməyə və Azərbaycanla yekun razılığa gəlməyə çağırdıq.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması regional təhlükəsizliyi və rifahı təmin etmək üçün ən yaxşı yoldur. Xüsusilə bu, Aralıq dənizi regionundan Mərkəzi Asiyaya yeni ticarət yolları açacaq", - ABŞ rəsmisi bildirib.

Qeyd edək ki, bu gün Brüsseldə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər