8 Aprel 22:48
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Eyni ssenari təkrar olunur. 2019-cu ilin oktyabr ayında Müsavat Pariyasının qurultayı ərəfəsində AXCP mitinq təyin etmişdi. Müsavatda tarixi debata bir gün qalmış mitinqin günü açıqlanmışdı".

Teleqraf.com xəbər verir ki, bunu Müsavat Partiyasının funksioneri Mustafa Hacıbəyli bildirib.

Onun sözlərinə görə, istər həmin debat günü, istərsə də Müsavatda qurultayın keçirildiyi gün gündəmdə Müsavatın qurultayı ilə yanaşı, AXCP-nin bir neçə gün sonra keçirəcəyi mitinqi də vardı: "O vaxt bir sıra siyasi müşahidəçilər yazmışdı ki, AXCP rəhbərliyi, ayda-ildə bir dəfə keçirdiyi mitinqi həmin günlərə salmaqla, Müsavatın gündəm olmasına qısqanc münasibətini büruzə verib.

İllərdir AXCP mitinq keçirmir (buna şərait də yoxdur). Bəlkə heç indi də keçirməyəcək. Amma yenə məhz Müsavatın qurultayı ərəfəsində gözlənilmədən bu qərarı verənlər xislətini dəyişmədiklərini biruzə verirlər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər