12 Aprel 09:49
1 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdəki son çıxışında Azərbaycanın güclü təzyiqinin effektivliyi və səmərəliliyini tanıdı.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert Azərbaycanın son dörd ildəki qələbələrinin Ermənistanda düşüncə dəyişikliyinə yol açdığını bildirib:

“Paşinyan çıxışlarında tez-tez bənzətmələrə, obrazlı ifadələrə, fikirlərini üstüörtülü şəkildə çatdıran deyimlərə əl atır. Ancaq belə olsa da, reallığı gizlədə bilmir.

Aprelin 10-da parlamentdə çıxış edən Ermənistan liderinin sözlərinə görə, 2022-ci ilin sentyabr döyüşlərindən sonra nəhayət əmin olub ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinin tanınması və möhkəmləndirilməsi ölkəsinin qısa, orta və uzunmüddətli təhlükəsizliyinin təmin edilməsində əlavə və həlledici amil ola bilər.

Sentyabrda sərhəddəki qarşıdurmadan övvəl o, öz dili ilə desək, “tarixi Ermənistan” xülyasını təbliğ edəcəyinə ümid edib. O qeyd edib ki, özü də uzun müddət “tarixi Ermənistanın psixologiyası və ənənəsi”nin (“dənizdən dənizə Ermənistan” cəfəngiyyatı) daşıyıcısı olub. Yalnız Bakı ilə qarşıdurmada növbəti məğlubiyyət onu 2022-ci ilin oktyabrında real vəziyyətlə razılaşmağa və real Ermənistanın gerçəkliklərini qəbul etməyə məcbur edib.

Paşinyan bununla dolayısı ilə Bakının güclü təzyiqinin effektivliyi və səmərəliliyini tanıdı, bunu qəbul etdi. Belə çıxır ki, Azərbaycan 44 günlük müharibədə qalib olmasaydı, sonrakı aylarda, illərdə Qarabağda erməni quldur dəstələrini məğlub etməsəydi, Ermənistan cəmiyyəti, o cümlədən Paşinyanın özü də mövcud olmayan dövlət haqda düşünməyə davam edəcəkdi. O, mahiyyətcə etiraf etdi ki, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdığı Praqa sazişi ilə razılaşmağa onu məcbur edən bizik, yəni Azərbaycandır.

Azərbaycan bütün bu illər ərzində, yumşaq desək, bipolyar affektiv pozğunluq vəziyyətində olan rəhbərliyin başçılıq etdiyi erməni cəmiyyətini müalicə edən, yəqin müalicə etməkdə davam edən bir terapevt kimi çıxış edib, edir”.


Müəllif: Mənsur Rəğbətoğlu