12 Aprel 19:43
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistan Prezidenti Emoməli Rəhmon bu il mayın üçüncü ongünlüyündə Azərbaycana dövlət səfəri etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi Azərbaycan XİN başçısı Ceyhun Bayramov və tacik həmkarı Sirociddin Muxriddin arasında keçirilən görüşdən sonra məlumat yayıb.

Nazirlərin görüşü Minskdə Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində baş tutub.

“Nazirlər həmçinin mayın ikinci ongünlüyündə Azərbaycanda Tacikistanın mədəniyyət günləri, Tacikistan kinosu günləri və Azərbaycan-Tacikistan biznes forumunun keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar”, - deyə XİN-dən bildirilib.

E.Rəhmon bundan əvvəl 2018-ci ilin avqustunda Bakıda rəsmi səfərdə olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər