Tanınmış vəkil, Müsavat Partiyasının Divan üzvü Osman Kazımov başqanlığa namizədliyini geri götürüb.
Bu barədə Teleqraf.com-a onun özü məlumat verib.
"İsa Qəmbərin namizədliyini irəli sürmək hüququ var, o, öz hüququndan istifadə etdi, bunu normal qarşıladım. Mən özüm də İsa bəyin namizəd olmasını istəyirdim, amma deyirdi namizədliyimi verməyəcəm. Ona görə də namizədliyimi irəli sürmüşdüm. İndi isə ərizə verib namizədliyimi geri götürdüm. Seçkidə qalib gəlməyəcəyimi bilə-bilə yalandan seçkidə iştirak etmək istəmədim" - deyə Osman Kazımov bildirib.
Onun sözlərinə görə, Müsavat Partiyasının, demək olar, bütün rayon təşkilatları İsa Qəmbərə namizədliyini vermək üçün müraciət edib.
Qeyd edək ki, Müsavat sabiq başqanı İsa Qəmbərlə yanaşı partiyanın Səbail təşkilatının üzvü Natiq Ulubəy başqanlığa iddialıdır.