6 May 21:42
6 569
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin sələflərinin son dörd ildə getməkdən imtina etdikləri Şuşaya səfəri Vaşinqtonun reallığı qəbul etdiyini göstərir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, ABŞ səfirinin bu addımını Vaşinqtonun Azərbaycan siyasətində mühüm və müsbət dəyişikliyi kimi qəbul etmək olar:

“ABŞ səfirləri İkinci Qarabağ Qüharibəsindən sonra bir qayda olaraq, Şuşaya səfərdən imtina edirdilər. Üstəgəl, Libbi səfərindən bir neçə gün əvvəl Şuşa və digər azad olunmuş ərazilərimizlə bağlı çox uğursuz açıqlama vermişdi. O, Şuşada keçirilən tədbirləri “şou”, azad edilmiş torpaqlarımızı isə “bir qədər fərqli ərazilər” adlandırmışdı. Amma dərhal da bu yanlışlarından döndülər.

Hesab edirəm ki, səfirin Şuşaya səfəri Dövlət Departamenti, birbaşa dövlət katibi Entoni Blinkenin təlimatı ilə reallaşıb. Çünki Vaşinqton səfirinin xoşagəlməz səhvini düəltməsəydi, bu, ikitərəfli münasibətlərdə gərginlik yarada bilərdi. Görünür, səfirin açıqlaması Bakıda narazılıq yaradıb. Artıq hesab etmək olar ki, ABŞ Ermənistanın Qarabağla bağlı əsassız iddialarını tanımır, beynəlxalq hüququ, yəni bu ərazilərin Azərbaycanın bir hissəsi olduğu reallığını tanıyır”.

Məhəmməd Əsədullazadənin fikrincə, ABŞ səfirinin Füzuli və Şuşaya səfərindən sonra növbəti istiqamət Xankəndi olacaq:

“Rəsmi Bakı Xankəndi və Ağdərəyə xarici ölkələrin diplomatik nümayəndələrinin səfərlərini təşkil etməlidir. İlk günlər bundan yayınanlar ola bilər, amma bir müddətdən sonra Xankəndi də onların sıx-sıx ziyarət edəcəkləri səfalı Azərbaycan şəhərlərindən biri olacaq. Necə ki, ABŞ səfirləri dörd ildir Şuşaya getməkdən yayınırdılar, indi isə reallığı qəbul edərək fikirlərindən döndülər. ABŞ bununla həm də Ermənistandakı revanşistlərə o mesajı verdi ki, Vaşinqton Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

ABŞ Ermənistanda Nikol Paşinyanı devirməyə çalışan revanşistlərin davranışlarını da izləyir. Həmin revanşistlərin ki, Paşinyanı Azərbaycana qarşı ərazi iddialarından imtina etdiyi üçün devirməyə çalışırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu