Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa edəcəyi qaçılmaz idi.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, polkovnik İqor Korotçenko deyib.
Onun sözlərinə görə, ermənilərin Azərbaycana qarşı separatçı fəaliyyətləri SSRİ-nin dağılmasında mühüm rol oynayıb:
"Düzünü desək, Ermənistanın bütün bugünkü problemləri və bəlaları Azərbaycan SSR-ə qarşı ərazi iddiaları irəli sürüldüyü andan yaranıb. Məhz bu səbəbdən Cənubi Qafqazda millətlərarası münaqişənin uzunmüddətli qanlı dövrü başladı.
Ermənilər sovet dövründə Bakıda Məsihin qoynundakı kimi yaşayırdılar.
Məhz bədnam “Qarabağ Komitəsi”nin fəaliyyəti hələ Baltikyanı separatçı hərəkatların yaranmasından əvvəl Sovet İttifaqının parçalanması prosesini başlatmışdı. Ona görə də ən ali ədalət Azərbaycanın öz suverenliyi və ərazi bütövlüyünü bərpa etməsi idi.
Məhz buna görə də Azərbaycanın İkinci Qarabağ Müharibəsində qələbəsi əvvəlcədən bəlliydi və tarixən qaçılmaz idi.
Yol verdikləri xətalar ucbatından SSRİ-ni dağıdanları, Gümrüdə desantlarımızı öldürənləri, Moskva metrosunu partladanları heç vaxt bağışlamayacam.
Erməni xalqına dövlət sərhədinin delimitasiyası və demarkasiyasından sonra Ermənistan SSR-də olduğu kimi, sakit və dinc inkişaf arzulayıram. Paşinyanlı və ya o olmadan - buna özləri qərar verməlidir".