3 İyun 10:25
394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qeyri Hökümət Təşkilatı (QHT) təmsilçisi adından 26 ABŞ konqresmeninə açıq məktub oxunub.

Teleqraf.com xəbər verir ki, açıq məktubu imzalayanlar arasında Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) Təşkilat Komitəsində təmsil olunan QHT nümayəndələri də yer alıb.

Məktubda bildirilib ki, Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ABŞ konqresmenlərinə Açıq Məktub
ünvanlamaqla, ilk öncə, onlara ətraf mühit məsələlərinə, Azərbaycanın COP29 sədrliyinə
maraq göstərdikləri üçün təşəkkür etmək istəyirik:

"535 nəfər üzvü olan ABŞ Konqresinin 26 nəfərlik heyəti (onların içərisində 100 nəfərlik Senatdan cəmi 3 senator, 435 nəfərlik Nümayəndələr Palatasından isə cəmi 23 nümayəndə var) mayın 13-də ABŞ Dövlət Katibi Entoni Blinkenə və ABŞ Prezidentinin baş müşaviri John Podesta-ya məktubla müraciət edərək, Azərbaycanın COP29-a sədrliyini əsassız və absurd ittihamlarla qaralamağa cəhd ediblər. Bu məktubun cəfəng mahiyyətinin Ağ Evdə dərhal başa düşülməsini onu oxuduqdan sonra həm Blinkenin, həm də Baydenin Azərbaycana ünvanladıqları mesajlarda aydın görmək olur. Dövlət katibi Blinken ABŞ-ın Azərbaycanın COP29-a ev sahibliyi etməsini alqışlayıb, Prezident Bayden isə tədbirin uğurla keçirilməsində ABŞ-ın Azərbaycana dəstək verməyə hazır olduğunu bəyan edib".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər