3 İyun 15:39
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 3-də Azərbaycanın Baş naziri Əli Əsədov Belarusun Baş naziri Roman Qolovçenkonun dəvəti ilə Minsk şəhərinə işgüzar səfər edib.

Teleqraf.com xəbər verir ki, “Minsk” milli aeroportunda Əli Əsədovu Belarusun Baş nazirinin müavini İqor Petrişenko və digər rəsmi şəxslər qarşılayıblar.

Azərbaycanın Baş naziri səfər zamanı qonaq qismində Avrasiya Hökumətlərarası Şurasının iclasında və “Avrasiya İqtisadi İttifaqının ərzaq təhlükəsizliyi” plenar sessiyasında iştirak edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər