10 İyun 19:03
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Albaniya Respublikasının ətraf mühit və turizm naziri xanım Mirela Kumbaro ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri, bioloji müxtəlifliyin qorunması sahəsində cari və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Eyni zamanda, ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər