14 İyun 21:12
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunun Naxçıvan istiqamətində atəşkəsi pozması Nikol Paşinyan hökumətinin sülh planına qarşıdır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert xatırladıb kki, Ermənistan ordusu iki gündür Naxçıvanla sərhəddə atəşkəsi pozur:

“Ötən günlərdə Paşinyan sülh müqaviləsinin mətninin hazır olduğunu və bir ay ərzində imzalana biləcəyini açıqlamışdı. Səhərisi Ermənistan silahlı qüvvələri sərhəddə təxribata əl atdı. Görünür, Ermənistan ordusunda sülhə qarşı olan qüvvələr var. Paşinyan ordu daxilindəki revanşist qurup və ya “5-ci kolon”u zərərləşdirə bilmir.

Ermənistan ordusunun generalları Rusiya hərbi kəşfiyyatına sıx bağlıdır. Gedişat göstərir ki, Ermənistan ordusunun Baş Qərargahı Paşinyanın sülh planına qarşıdır və Azərbaycanla normallaşma prosesini dəstəkləmir. Hesab edirəm ki, bu şəbəkə təlimatı Rusiya Baş Hərbi Kəşfiyyat İdarəsindən alıb. Otuz illik işğalın arxasındakı qüvvələr də onlar idi. İndi Paşinyan sülhdən danışanda həmin qüvvələr sərhəddə sabitliyi pozmağa çalışırlar”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Paşinyan orduda təmizlik aparmasa, bu qüvvələr təxribatın miqyasını genişləndirə bilərlər:

“Mümkün qədər Azərbaycanla sülh müqaviləsinin bağlanmasının qarşısını almağa çalışacaqlar. ABŞ Ermənistan da gedən prosesləri görür. Buna görə də hər həftə Vaşinqtondan İrəvana səfərlər olur. Ermənistan daxilindəki son gəlişmələr sülh prosesini kövrəkləşdirir. Hesab edirəm ki, Paşinyan daxildə sabitliyi tam bərpa etdikdən sonra sülhə sazişini imzalayacaq. Buna da çox yaxın olduğunu düşünürəm. Çünki revanşist hərəkatın “həlledici mərhələ” adlandırdığı son addımı da kütləvilik yaratmadı. Erməni ordusu daxilindəki revanşist şəbəkənin təxribatları da bundan irəli gəlir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər