Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 27 iyun 2024-cü il tarixində Gürcüstana rəsmi səfərə yola düşüb.
Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.