5 İyul 23:26
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla regional məsələləri müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın baş diplomatı sosial şəbəkədə bildirib.

"Şuşada keçirilən Türk Dövlətlərin Təşkilatının qeyri-rəsmi Zirvə Görüşü çərçivəsində Xarici İşlər Nazirləri Şurasının İclasından öncə qardaş Türkiyənin xarici işlər naziri Hakan Fidanla müttəfiqlik, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında faydalı fikir mübadiləsi apardıq", – o qeyd edib.

Xarici İşlər Nazirliyin sosial şəbəkə hesabında isə görüşdə “qardaşlığa, qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan müttəfiq Azərbaycan-Türkiyə əməkdaşlığından irəli gələn məsələlər, müxtəlif təşkilatlar və formatlar çərçivəsində regional və beynəlxalq əməkdaşlıq, qlobal təhlükəsizlik çağırışları və məsələlərinin hərtərəfli müzakirə olunduğu” bildirilib.

“Tərəflər türk dünyasında əməkdaşlığın genişləndirilməsi, müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, iqlim dəyişikliyi ilə mübarizə və s. sahələrdə mövcud imkanlardan bəhrələnmək üçün TDT-nin gücləndirilməsinin vacibliyini təsdiqləyiblər”, – məlumatda diqqətə çatdırılıb.

Görüşdə münaqişədən sonrakı regional yenidənqurma və sülh səyləri, Azərbaycan-Ermənistan normallaşması prosesinin son vəziyyəti də müzakirə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər