Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı məsələdə Türkiyə ilə digər türk dövlətləri arasında yanaşmalar eyni mövqeyə gəlib çatıb.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-yə səfərdən öncə jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Şimali Kipr Türk Cümhuriyyəti bizim nəzərimizdə Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvüdür. Başda Azərbaycan olmaqla, onların (digər türk dövlətlərinin – red.) yanaşmaları bizimki ilə eyni mövqeyə gəlib çatıb. Son Suşa sammitində Şimali Kipr Türk Cümhuriyyəti də iştirak etdi. Bundan sonra Şimali Kipr Türk Cümhuriyyətinin tamhüquqlu üzvlüyə necə aparacağımızı anlamağa çalışırıq. Hüququmuz olan türk dövlətləri ilə də bunu inkişaf etdiririk”, - Türkiyə lideri bildirb.