9 İyul 17:11
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyası (MSK) sabah müxtəlif qurumlarla birlikdə maarifləndirmə tədbirlərinə başlayacaq.

Teleqraf.com xəbər verir ki, bunu MSK-nın bu gün keçirilən iclasında Komissiyanın sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, 2011-ci ildə prezident sərəncamına əsasən, Milli Fəaliyyət proqramı hazırlanmışdı: "Bu sənəddə üzərinə vəzifə qoyulan dövlət orqanları səlahiyyətlərini ciddi tənzimlədi. MSK da bu məsələdə geridə qalmır. Biz bütün seçkilərdə, hətta seçki olmayan vaxtda da maarifləndirmə tədbirlərini həyata keçiririk. Bu baxımdan, sabah bütün dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçiriləcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər