10 İyul 23:07
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Radiakl sağçı Almaniya üçün Alternativ (AfD) Partiyasının Türingiya Dövlət Assambleyasının üzvü Byörn Höckenin toxunulmazlığı ləğv edilib.

Teleqraf.com xəbər verir ki, deputatın toxunulmazlığı Almaniyanın Gera Prokurorluğunun tələbi ilə ləğv edilib.

Prokurorluq həmçinin deputatın çıxışlarından birində Almaniya dövlətini təhqir etdiyi üçün araşdırma aparacaq.

Almaniya Cinayət Məcəlləsinə görə, dövlətin və onun rəmzlərinin təhqir edilməsini cinayət hesab edilir. Almaniya Federativ Respublikasını, ştatlarını və ya konstitusiya quruluşunu toplantıda təhqir edən və ya açıq şəkildə ləkələyən şəxslər 3 ilə qədər həbs cəzası ala bilərlər.

Almaniya üçün Alternativ (AfD) Partiyasının ən radikal nümayəndələrindən biri olan, eyni zamanda partiyanın Türingiya Əyalət Təşkilatının sədri Höckenin toxunulmazlığı daha əvvəl də götürülüb. Höcke iki dəfə Halle Əyalət Məhkəməsində hakim qarşısına çıxıb və o, "konstitusiyaya zidd və terror təşkilatlarına aid şüarlar işlətdiyi" səbəbi ilə ümumilikdə 16 min 900 avro pul cəzasına layiq görülüb.


Müəllif: Arzu

Oxşar xəbərlər