15 İyul 11:48
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentliyinə namizəd Donald Trampın çıxış etdiyi kürsü ilə sui-qəsdçi arasında 130 metr məsafə vardı. Trampa hücum edən şəxsin bu qədər yaxın məsafədə dayanması müzakirələrə səbəb olub. Həmin an başını çevirməsəydi, Tramp sağ qalmayacaqdı. Snayperlər sui-qəsdçini görüb gizli xidmətə bildiriblər, amma niyə dərhal müdaxilə edilmədiyinə dair ciddi suallar var.

Teleqraf.com xəbər verir ki, bu sözləri vaxtilə Azərbaycanda fəaliyyət göstərmiş türkiyəli jurnalist İrfan Sapmaz deyib.

“Bilirsiniz, uzun illər Azərbaycanda yaşamışam, SSRİ dönəmində belə bu cür hücumlarda rus kəşfiyyatçılar sui-qəsdi həyata keçirən şəxsin arxasındakı isimləri öyrənmək üçün onu öldürməzdilər. Sui-qəsdçinin dərhal öldürülməsi cəmiyyətdə çeşidli suallar yaradıb.

Bu hadisə baş verəndə Vaşinqtonda idim, mitinqi nəqliyyat vasitəsində izləyirdim, silahlı hücum barədə canlı yayıma qoşulub məlumat verdim və dərhal Ağ Evə getdim. Jurnalistlərə Ağ Evə daxil olmaq üçün kart verilib, həmin kartla içəri girdim, baxdım içəridə heç kəs yoxdur, amma bütün ərazi qapadılmışdı.

Adətən, turistlərə Ağ Evin yaxınlığına gəlməyə icazə verirlər, amma heç kəsi yaxına buraxmırdılar. Demokratlar, Ağ Evdə şokda idi. Təhlükəsizlik tədbirləri çox güman gücləndiriləcək, amma düşünürəm ki, Trampa yenidən sui-qəsd cəhdinin olacağı istisna olunmur”.

İrfan Sapmazın fikrincə, bu hadisədən sonra Tramp prezident seçiləcək: “Bu sui-qəsd cəhdi Trampın əlini gücləndirdi. Tramp prezidentlikdən gedəndən bir-iki ay sonra təkrar qayıdacağının proqnozunu vermişdim. Amerikada dəngələr çox fərqlidir. Trampın reytinqləri bu hadisədən sonra daha da yüksəldi. Respublikaçılar mühafizəkar kəsimdir, onlar Trampa İsanın xilas etdiyi şəxs kimi yanaşma sərgiləyilər. Bu, çox böyük olaydır, sıradan hadisə deyil”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər