17 İyul 15:21
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyası (YAP) indiyə kimi onu parlamenmtdə təmsil edən xanım deputatı yeni namizədlər siyahısına salmayıb.

Teleqraf.com xəbər verir ki, indiyədək 111 saylı Zaqatala – Balakən seçki dairəsini Milli Məclisdə təmsil edən Kamilə Əliyeva YAP-ın bu gün açıqlanan deputatlığa namizədlər siyahısında yer almayıb.

Əvəzində həmin dairədən Vüsalə Yusif qızı Mahmudova deputatlığa namizəd göstərilib.

Qeyd edək ki, Kamilə Əliyeva dördüncü, beşinci, altıncı çağırış Milli Məclisinin deputatı olub.

YAP üzvü olan K.Əliyeva hazırda Bakı Dövlət Universitetinin Genetika və təkamül təlimi kafedrasının müdiridir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər