Xəbər verdiyimiz kimi, YAP-ın İdarə Heyəti 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar partiyanın namizədlərini açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, VI çağırış Milli Məclisə seçkilərdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputat seçilmiş Adil Əliyev iyulun 8-də ölkə başçısının sərəncamı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Həmin dairədə YAP sabiq deputat, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğlu Samir Vəliyevi namizəd qismində irəli sürüb.
Qeyd edək ki, vaxtilə 20 saylı Nərimanov ikinci seçki dairəsində Adil Əliyev Müsavat başqanı İsa Qəmbərlə mübarizə aparıb.