Bir müddət əvvəl seçkiyə qatılıb-qatılmayacağımızla bağlı müzakirələrimiz oldu. Artıq partiya olaraq son qərarımızı vermişik.

Bunu Teleqraf.com-a sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılov seçkilərə qatılmaq iddiasında olduqlarını deyib.

“Özümün seçkiyə qatılmaq niyyətim yoxdur. Qəti olaraq prosesdə yer almaq istəmirəm. Amma Ədalət partiyası sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək”, - deyə o əlavə edib.