İsrail Hizbullah və Livanla genişmiqyaslı müharibəyə yaxındır.
Teleqraf.com "TASS"-a istinadən xəbər verir ki, bunu İsrailin Xarici İşlər Nazirliyinin naziri İsrael Katz deyib.
Onun sözlərinə görə, Colan təpələrində mülki vətəndaşlar, o cümlədən uşaqlar arasında itkilərlə nəticələnən insident bütün qırmızı xətləri keçir.
“Məcdəl Şəmsin atəşə tutulması, mülki şəxslərə və uşaqlara zərər verilməsi bütün qırmızı xətləri keçib. Biz Hizbullah və Livanla tammiqyaslı müharibə nöqtəsinə yaxınlaşırıq”, - Katz bildirib.