Nikol Paşinyan hökumətinin qərbpərəst siyasəti Ermənistanı ukraynalaşdırır.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
Onun sözlərinə görə, Ermənistan bu siyasətin ağır bədəlini ödəməyə məcbur ola bilər:
"Macarıstan Baş naziri Viktor Orban söyləyib ki, Rusiya rəhbərliyi hiperrasionaldır və Ukrayna heç vaxt Avropa Birliyinə (AB) və ya NATO-ya daxil olmaq ümidini reallaşdıra bilməz.
Düşünmürəm ki, AB-də bu fikirdə olan yeganə lider Orbandır, o, sadəcə başqalarının susduğu fikirləri tez-tez səsləndirən yeganə şəxsdir.
Ukrayna çox ağır bədəl ödədi və dövlətçiliyin dağılması ilə üzləşdi, amma onun NATO və AB-yə üzvlüyü təmin edilmir, daha doğrusu, bu, yaxın gələcəkdə real perspektiv deyil.
Əmin deyiləm ki, bu arqumentlər Ermənistanın ukraynalaşdırılması həsrətində olan psevdoqərbliləri rasionallaşdıracaq, amma bəlkə də cəmiyyətimizi ayağa qaldıracaq".