ABŞ-də prezidentliyə namizəd Kamala Harris seçki kampaniyası üçün bir həftə ərzində 200 milyon dollar toplayıb .
Teleqraf.com xəbər verir ki, bu barədə onun seçki qərargahı X sosial şəbəkəsində məlumat yayıb.
Qərargah həmçinin kampaniyaya 170 min yeni könüllünün cəlb edilməsi barədə məlumat verib.