29 İyul 21:43
3 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın COP29-a hazırlaşadığı vaxtda hər hansı hərbi əməliyyat ehtimalı çox azdır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan hökumətinin xüsusi işlər üzrə keçmiş nümayəndəsi Edmon Marukyan deyib.

"Bu, sadəcə olaraq, məğlubiyyətimizi və müharibənin nəticələrini bizə xatırlatmaq üçün növbəti cəhddir. Sülh müqaviləsinin imzalanması ehtimalı da son dərəcə aşağıdır. Biz sülhün ən azı erməni tərəfinə uyğun şərtlərlə saziş imzalamaq fürsətini əldən vermişik. Əvvəllər Bakı İrəvanla heç olmasa nəyisə müzakirə etməkdə maraqlı idi. Ona görə ki, Ermənistanın Qarabağda yaşayan ermənilər kimi bir “aləti” vardı. İndi bu alət yoxdur. Ona görə də Azərbaycana heç nə maraqlı deyil.

Ermənistanın əlində qalan son alət Azərbaycanın tələb etdiyi dəhlizdir. Hazırkı durumda Bakı bütün fəaliyyətini bu “alət”i İrəvandan almağa yönəldib. Bu məsələnin necə həll olunacağını hələ ki heç kim bilmir. Qərar müəyyən geosiyasi proseslərin nəticəsindən çox asılı olacaq", - Marukyan bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər