5 Avqust 12:10
1 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsraillə mümkün savaş vaxtı Ermənistanın Zəngəzur dəhlizinin açılmasına razılıq verməsi İran tərəfindən düşmənçilik kimi qəbul ediləcək.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan deyib.

Onun sözlərinə görə, İrandan gələcək mümkün təhlükələrə baxmayaraq, İrəvan Tehrana əks tərəfdə dayanmaqda davam edir:

“İran ətrafında vəziyyət getdikcə pisləşir. Fransa müharibə ehtimalını nəzərə alaraq öz vətəndaşlarını İranı tərk etməyə çağırıb. Amerikalılar əlavə qüvvələri İranla sərhədə yaxınlaşdırır. İsrail İranla hərbi eskalasiya üçün kütləvi hazırlığa başlayıb. Bölgə qaynayır, prinsipcə HƏMAS lideri İsmayıl Haniyənin Tehranda İsrail raketi ilə öldürülməsindən sonra bu, gözlənilməli idi. İranlılar üçün vəziyyət dalana dirənib, çünki onlara İsrailə cavab verməkdən başqa seçim buraxmadılar.

Vəziyyət regional müharibə həddinə çatsa, o zaman Paşinyan hakimiyyətinin bütün addımları iranlılar tərəfindən məhz müharibə məntiqində qəbul olunacaq. Yəni Ermənistanın cənubunun (Zəngəzur dəhlizi) amerikalılar, ingilislər və ya avropalılara verilməsinə dair razılaşma Ermənistanı İran sərhədi üzərindəki suverenliyindən məhrum etməklə yanaşı, iranlılar tərəfindən hərbi məntiqə uyğun olaraq düşmənçilik aktı kimi qiymətləndiriləcək.

Bəs Paşinyan bunun mümkün nəticələrini hesablayıb? Əminəm ki, belə deyil. Çünki uzun müddətdir sırf İranın rəqiblərinin maraqlarına uyğun oynayırlar. Bunun nəticəsini təsəvvür etmək belə qorxuludur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər