8 Avqust 11:56
4 821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi layihəsindən qarşılıqlı razılaşma əsasında regional kommunikasiyalara dair maddənin çıxarılması digər amillərlə bağlıdır. Çünki sülh müqaviləsi dedikdə ilkin sənəd nəzərdə tutulur. Burada prinsiplər öz əskini tapacaq.

Bunu Teleqraf.com-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

O qeyd edib ki, sülh müqaviləsindən kommunikasiya xəttlərinin çıxarılması sonrakı mərhələdə aparılacaq danışıqlar formatında həllini tapacaq:

“Bu məsələyə aid Azərbaycan və Ermənistan tərəfindən xüsusi bir komissiya formalaşıb. Hər iki tərəfdən baş nazirlərin müavinləri bu istiqamətdə danışıqları bir neçə raundda aparıb. Bu danışıqlarda Rusiyanın baş nazirinin müavini də iştirak edir”.

Sabiq nazir hesab edir ki, bu məsələdə hər hansı bir problem yoxdur:

“Sadəcə olaraq tərəflər hansısa mövzulara dair razılıq etmək mümkün olmadığı halda onu ilkin sənəddən çıxarıblar.

Kommunikasiyaların bərpa edilməsi məsələsi isə daxildədir. Bu, həmçinin Zəngəzur dəhlizi ilə bağlı olan məsələyə aiddir”.

Tofiq Zülfüqarova görə, kommunikasiya ilə bağlı məsələlər hələlik hazırlıq məhələsinə çatmayıb:

“Praktiki baxımdan bəzi mövzular ilkin razılaşmadan kənarlaşdırılır. Bu o demək deyil ki, həmin məsələlər həll olunmayacaq. Həmin mövzulara aid danışıqlar digər formatlarda davam etdiriləcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər