8 Avqust 17:08
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya dağılsa, MDB ölkələri də bu burulğana sürüklənəcək.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko MDB ölkələrinin daxili işlər nazirlərinin toplantısında deyib.

“Öz təcrübəmə əsaslanaraq deyim ki, həyat indi çox təlatümlü və çox dəyişkəndir. Çoxları mənfəət axtarır, o cümlədən sovet dövründə yaradılmış ümumi inkişaf tendensiyamızdan uzaqlaşır. Bəziləri düşünürlər ki, Rusiyadan uzaqlaşaq, sanksiyalar altındadır, sanksiya altına düşməkdən qorxuruq, öz xeyrimizi axtarırıq. Bunu etməyin”, - Belarus lideri bildirib.

Lukaşenko bir daha vurğulayıb ki, həyat çox dəyişkəndir və heç kim vəziyyətin necə olacağını bilmir:

“Kim bilir sabah başımıza, dövlətlərimizə nələr gələcək, Rusiyadan kömək istəməli olacağıq. Son hadisələr onu deməyə əsas verir ki, biz heç kimə lazım deyilik - nə Rusiya, nə sən, nə mən və sair. Biz birlikdə olmalıyıq.

Elə bir vəziyyət yarana bilər ki, bizdən heç birimiz – heç bir dövlət bu birlik olmadan nəsə edə bilməz. Bu gün bunu başa düşməsək, bizimlə ayrı-ayrılıqda məşğul olacaqlar. Amma Rusiya dağılacaqsa, hamımız bu burulğana sürüklənəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər