7 Avqust 19:34
304
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın vaxtilə Ermənistan ərazisindən zorla deportasiya edilmiş azərbaycanlılarla bağlı fikirləri tamamilə əsassızdır. Azərbaycanın daxili işlərinə qarışan və Ermənistandan qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verən T.Klaar növbəti dəfə erməni lobbisinin göstərişi ilə hərəkət etdiyini biruzə verib.

Bunu Teleqraf.com-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, T.Klaar regionda köçkünlük problemi və qayıdış hüququndan danışarkən bu hüququnu müstəsna olaraq Azərbaycandan könüllü olaraq köçüb getmiş ermənilərə şamil edir:

“Bunun əksinə isə Ermənistandan qovulmuş azərbaycanlıların bu hüququnun olduğu inkar olunur. Görünən odur ki, Aİ-nin nümayəndəsi insanlara etnik mənsubiyyətinə görə hüquq vermək “səlahiyyəti” müəyyənləşdirib Ermənistandan zorla qovulmuş azərbaycanlılara münasibətdə sərgilədiyi qərəzli mövqeyi ilə T.Klaar təmsil etdiyi qurumun etnik və dini əsasda ayrı-seçkiliyini bir daha nümayiş etdirir”.

Deputat bildirib ki, Aİ-ı münaqişənin həll edilməsini və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini hələ də həzm edə bilmir:

“Aİ-nın Ermənistana hərbi yardım ayırması, Fransa kimi bəzi ölkələrin silah satması regionda gərginlik yaratmaq məqsədi ilə edilir. Aİ rəsmisinin Ermənistandan qovulmuş azərbaycanlılara qarşı irqçi ayrı-seçkiliyə xidmət edən mövqeyi Azərbaycan, eyni zamanda hüquqları pozularaq etnik təmizləməyə məruz qalmış yüz minlərlə Qərbi Azərbaycanlının haqlı narazılığına səbəb olub. Aİ-nın rəsmisinin bu mövqeyi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 1-ci maddəsinə uyğun deyil. Burada açıq şəkildə insanların hüquq bərabərliyi prinsipinə hörmətsizlik var”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər