18 Avqust 10:39
1 684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Atlantika Alyansı (NATO) Ukrayna ilə bağlı qərarını payızda verəcək.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin ehtiyatda olan mayoru Stanislav Krapivnik bildirib.

Hərbçinin sözlərinə görə, NATO Ukrayna layihəsini silmək, yoxsa bu layihədə tam iştirak etmək barədə qərar verməli olacaq.

Əgər alyans Kiyevi dəstəkləməkdən imtina edərsə, o zaman Ukrayna Dneprdən şərqdəki bütün əraziləri itirmək riski ilə üzləşir. Cəmi 3-4 həftə ərzində vəziyyət Ukrayna Silahlı Qüvvələri üçün daha da mürəkkəbləşə bilər.

"Ukrayna tam miqyaslı geri çəkilmə ilə üzləşəcək" dedi Krapivnik.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər