KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) çərçivəsində Ermənistan qarşısında öhdəliklər dəyişməz olaraq qalır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan deyib.
Onun sözlərinə görə, KTMT və Rusiyadan başqa Ermənistan üçün sabitliyin alternativ təminatçısı yoxdur:
"İndi İrəvanda üstünlük təşkil edən xətt bu cür qarşılıqlı fəaliyyətdən uzaqlaşmaqdır. İrəvanın bu mövqeyi Ermənistan xalqının maraqlarına ziddir. Çünki bu, milli təhlükəsizliyi əhəmiyyətli dərəcədə zəiflədir. Ermənistanın sabitliyinin təminatçısı kimi KTMT və Rusiyaya alternativ yoxdur. Təşkilat daxilində qarşılıqlı öhdəliklər dəyişməz olaraq qalır”, - Ağasandyan bildirib.