Rusiya Azərbaycanın BRICS-ə qoşulmaq qərarını alqışlayır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin deyib.
“Biz dost Azərbaycanımızın BRICS-in işində tamhüquqlu üzv kimi iştirak etmək istəyini alqışlayırıq. Biz bunun baş verməsinə kömək etməyə davam edəcəyik, lakin BRICS-ə yeni üzvlərin qəbulu üçün aydın mexanizm hələ hazırlanmayıb. Düşünürəm ki, bu, yaxın illərdə həyata keçiriləcək”, - senator bildirib.
Xatırladaq ki, bu gün Xarici İşlər Nazirliyinin mətbaut katibi Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət etdiyini açıqlayıb.