Belçikanın yeni səfiri Julyen de Fraypont Azərbaycana gəlib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə "X"də yazıb.
"Bakıya gəlişimizdən bir həftə sonra səhər gəzintisinin dadını çıxararaq ofisə getdik",- diplomat bildirib.
Qeyd edək ki, Julyen de Fraypont Belçikanın Gürcüstan və Türkmənistan üzrə də qeyri-rezident səfiridir.