21 Avqust 14:14
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müstəqil Dövlətlər Birliyinin (MDB) Müşahidə Missiyasının Qərargahının rəhbəri Oleq Kuleba Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının qərargahında olub.

Partiyanın mətbuat xidmətinən Teleqraf.com-a verilən məlumata görə, Oleq Kuleba ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev, baş katib Yaşar Kələntərli, partiya sədrinin müavinləri Niyaməddin Orduxanlı və Əli Həziquliyev ilə görüşüb.

Muşahidə missiyası barədə məlumat verən Kuleba bildirib ki, növbədənkənar parlament seçkilərində 130 müşahidəçi ilə təmsil olunacaqlar. O, həmçinin ƏHD Partiyasının seçkiyə hazırlıq prosesi ilə maraqlanıb.
ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev partiyanın seçkiyə hazırlıq prosesi, təbliğat-təşviqat işləri, namizədlər və digər məsələlər barədə fikirlərini bölüşüb.

Görüş daha sonra diskussiya şəklində davam edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər