23 Avqust 13:18
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan Qarabağın yenidən qurulmasında iştirak etməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

“Sizin səylərinizlə qədim Qarabağ torpağı inkişaf və tərəqqi diyarına çevrilir. Burada sosial infrastruktur, istehsal obyektləri fəal şəkildə qurulur, iş yerləri açılır, insanları dinc, xoşbəxt həyata qaytarmaq üçün hər şey edilir... Bütün bu insanlar illərdir geri qayıtmağı gözləyiblər. Özbəkistan bu nəcib işdə Azərbaycana bundan sonra da dəstək verməyə hazırdır. Bu gün Qarabağda genişmiqyaslı yenidənqurma işləri aparılır, əgər özbək inşaatçılar üçün hansısa sahə və ya ərazi ayrılsa, biz bu işdə iştirak edəcəyik”, - o qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər