26 Avqust 12:49
362
12 Punto 14 Punto 16 Punto 18 Punto

84 saylı Füzuli Seçki Dairəsindən deputatlığa namizəd Vüqar Bayramovun seçkiqabağı təbliğat və təşviqat çərçivəsində növbəti görüşü Şirvan şəhərində məskunlaşan Füzuli sakinləri ilə olub.

Teleqraf.com xəbər verir ki, VI Cağrış Milli Məclisdə təmsilçiliyim dövründə fəaliyyəti bağlı fikirlərini sakinlər ilə bölüşən namizəd yeni platforması barədə məlumatı təqdim edib:

“Yenidən etimad olacağı halda növbəlilik əsasında Füzuli sakinlərinin məskunlaşdığı bütün yaşayış məntəqələrində, o cümlədən Şirvan şəhərində vətəndaş qəbullarımız və eləcə də aylıq Horadiz görüşləri davam etdiriləcək. Eyni zamanda, Milli Məclisin işində də aktiv şəkildə iştirak edərək qanunvericiliyin daha da təkmilləşdirilməsinə töhvə verməyə çalışacam”.

Görüşdə çıxış edənlər seçicilərin müraciətlərinə hər zaman diqqətlə yanaşdığına görə təşəkkür edərək vacib hesab etdikləri bir sıra digər məsələlərə də diqqət ayırdıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər