29 Avqust 14:10
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbçilərinin Ermənistan hava limanından uzaqlaşdırılması və bunun ardınca ABŞ-ın iki hərbi yük təyyarəsində gələn hərbçilərin Zəngəzurda yerləşməsi təsadüfi deyildi. Bu amil Amerikanın Zəngəzurla bağlı mövqeyinin ifadəsi idi. Eyni zamanda bu, Rusiyanın Cənubi Qafqazda və Ermənistandakı mövqeləri üçün də ciddi təhdiddir.

Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.

O qeyd edib ki, Rusiya bundan ciddi narahatlıq keçirir:

“Ona görə də, rəsmi Moskva Azərbaycanla bu istiqamətdə sıx təmaslar qurur. Çünki bu bölgədə mövcud olmaq üçün Azərbaycanın mövqeyi mütləq şəkildə nəzərə alınmalıdır. Bakı isə hələlik bu mövzulara aid neytral mövqe sərgiləyir. Hətta Azərbaycan Ermənistanla müzakirə edilən sülh sazişindən Zəngəzurla bağlı məsələni də çıxarıb”.

Partiya sədri hesab edir ki, Azərbaycan Prezidentinin çevik və müdrik qərarları ölkəmizi bir çox qarşıdurmalardan sığortalamış oldu:

“Faktiki olaraq Zəngəzurda Rusiya ilə ABŞ arasında gizli, diplomatik savaş gedir. Bu savaşın açıq müstəviyə keçməsi zaman məsələsidir. Rusiya-Ukrayna arasında gedən müharibənin nəticələrindən çox şey asılıdır”.

Fəzail Ağamalıya görə, hazırda Zəngəzur uğrunda ABŞ-la Rusiya arasında qarşıdurma getdikcə kəsinləşir:

“Kremlin asanlıqla bölgədən çıxmaq niyyəti yoxdur. Amerikanın da bölgəyə gəlişi problemlidir. Çünki Ermənistanda Rusiya ən müxtəlif situasiyalar yarada bilər. Bütün bunların fonunda Azərbaycan dövlətinin apardığı siyasət balanslıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər