1000 seçki məntəqəsində veb-kameralar seçki prosesi üçün hazır vəziyyətdədir.
Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 1 sentyabrda keçirilən mətbuat konfransında deyib.
Məzahir Pənahov bildirib ki, kameralar səsvermə protokolları hazırlanana qədər bütün prosesi qeydə alır.
Onun sözlərinə görə, saat 19:00-da seçki məntəqələri bağlanacaq və ilkin nəticələr hazırlanacaq:
"Gün ərzində səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatların verilməsi beş dəfə olacaq. Məntəqələrdə baş verən hər hansı hadisə ilə bağlı məntəqə seçki komissiyasında dərhal qərar veriləcək".