Parlament seçkilərində 2500-ə yaxın məntəqədə "exit-poll" keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bunu sentyabrın 1-də keçirilən brifinqdə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov çıxışında deyib.
Onun sözlərinə görə, beynəlxalq təşkilat exit-poll üçün qeydiyyatdan keçib:
“Exit-poll"ları Sosioloji Tədqiqatlar Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) ilə birgə və "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə keçirəcək".