1 Sentyabr 22:38
342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkilərin demokratik və şəffaf şəraitdə keçirildiyini müşahidə etdim.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanda növbədənkənar parlament seçkilərini müşahidə edən MBD Parlamentlərarası Assambleyasının müşahidəçisi Yuri Volkov jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, seçkilər tam qanunvericiliyə uyğun keçirilib.

"Bu gün səhər mən 4 saylı Naxçıvan şəhər Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində oldum və vətəndaşların seçki prosesində fəal iştirakının şahidi oldum. Naxçıvan Muxtar Respublikasının başqa rayonlarına da səfər etdim. Heydərabad qəsəbəsi, Culfa, Ordubad rayonlarını ziyarət etmək qismət oldu. Qeyd etmək istəyirəm ki, hər yerdə yüksək seçici fəallığı var idi. Seçicilərin hamısına bütün informasiya xidmətləri göstərilirdi. Hər şey qanuna uyğun idi", - Y.Volkov əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər