4 Sentyabr 16:52
1 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkilərdə kimin diqqət çəkib-çəkmədiyi məsələsi subyektiv yanaşmadır. Hər namizəd öz dairəsində mübarizə aparırdı. Bütün namizədlərimiz içi mən qarışıq öz dairəmizdə təbliğat-təşviqat işi ilə məşğul idi. Hər kəsin mübarizə metodu bir cürdür. Vəfa Nağının mübarizəsini izləməmişəm. Bu, heç mənə maraqlı da deyil.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Ağ partiyanın sədri Tural Abbaslı bitərəf namizəd Vəfa Nağının heç bir təşkilatı olmadan Azərbaycan müxalifət partiyalarından daha diqqətçəkən seçki kampaniyası apardığına dair fikirləri şərh edərkən deyib.

"Kim necə istəyir, elə də mübarizə apara bilər. Belə tək adamların partiyalara nümunə gətirilməsi siyasi baxımdan doğru deyil. Biri var bir adamla, biri də var partiya ilə mübarizə aparasan. Bizim 18 namizədimiz seçki prosesinə qoşulmuşdu. 18 namizəd kardinal şəkildə mübarizə apardı. Platformamız, siyasi və mənəvi dəyərlərimiz var ki, bu gün də onu davam edəcəyik. Sosial şəbəkələrdə bütün şərh yazanlara, fikir bildirənlərə cavab versəm, fəaliyyətə vaxt qalmaz. Kimsə birini aktiv, digərini passiv görə bilər. Bizim hamının fikrinə münasibət bildirməyə həvəsimiz yoxdur”, - qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər